"Dərs almasaq, bizi müharibə və göz yaşları gözləyir" - Fidan

 "Dərs almasaq, bizi müharibə və göz yaşları gözləyir" -    Fidan
  05 May 2024    Oxunub:832
"Beynəlxalq ictimaiyyət dərs çıxarmasa, Qəzzada indiki böhran sonuncu olmaya bilər".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Qəzzada baş verən faciədən dərs almasaq, iki dövlətli həll yoluna gəlməsək, bu, Qəzzada son müharibə olmayacaq, bizi başqa müharibələr və göz yaşları gözləyir.

Biz İsraili 1967-ci il sərhədlərini qəbul etməyə dəvət etməliyik. Təkcə HƏMAS deyil, bütün fələstinlilər 1967-ci il sərhədləri daxilində Fələstin dövləti yaratmağa hazırdırlar", - deyə Fidan bildirib.

Türkiyə daha əvvəl dəfələrlə bəyan edib ki, İsrail və Fələstin arasındakı münaqişənin həlli üçün yeganə düstur paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılmasıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti