Paşinyan: "Azərbaycanla delimitasiya görüşünün nəticələri böyük uğurdur"

  Paşinyan: "Azərbaycanla delimitasiya görüşünün nəticələri böyük uğurdur"
  16 May 2024    Oxunub:1089
Baş nazir Nikol Paşinyan dünən Ermənistan və Azərbaycanın Tavuşda (Tovuzqala – red.) delimitasiya haqqında protokol-təsvirinin imzalanmasını böyük uğur adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Paşinyan hökumətin iclasında qeyd edib ki, "bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub . Müstəqillik tarixində ilk dəfədir ki, Ermənistan rəsmən delimitasiya edilmiş sərhədi var. Bu, Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq".

Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Ermənistan və Azərbaycanın baş nazirlərinin müavinləri Mher Qriqoryanın və Şahin Mustafayevin sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Yekun olaraq 1976-cı ilin xəritələri əsasında Bağanis (RA) - Bağanis Ayrım (AR), Voskepar (RA) - Aşağı Əskipara (AR), Kirants (RA) - Xeyrımlı (AR) və Berkaber (RA) - Qızıl Hacılı (AR) yaşayış məntəqələri arasında birbaşa sərhədin delimitasiyasına dair protokol imzalanıb.

Röya Əliyeva
AzVision.az


Teqlər:





Xəbər lenti