Bernard Hill vəfat etdi

   Bernard Hill vəfat etdi
  05 May 2024    Oxunub:1231
Britaniyalı aktyor Bernard Hill 79 yaşında vəfat edib. Bu barədə “The Guardian” məlumat yayıb.
Sənətçinin ölüm səbəbi hələlik açıqlanmayıb.

Hill aktyorluq karyerasına 1976-cı ildə BBC-nin serialı olan "I Claudius" ilə başlayıb. O, ilk dəfə 1982-ci ildə başqa bir televiziya serialı olan "Boys from the Blackstuff"dakı rolu ilə məşhurlaşıb.

1997-ci ildə aktyor Ceyms Kemeronun "Titanik" filmində kapitan obrazını canlandırıb. Hillin ən məşhur rolu Piter Ceksonun "Üzüklərin hökmdarı" trilogiyasında Kral Teodendir. O, karyerası ərzində 100-dən çox film və serialda rol alıb. Hill son rolunu “Gecə zəngləri” serialında oynayıb.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti