ARDNF-in "Şahdəniz"dən gəlirləri azalıb

ARDNF-in "Şahdəniz"dən gəlirləri azalıb
  07 May 2024    Oxunub:607
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 202,715 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 4,6 dəfə azalma deməkdir.
ARDNF-dən AzVision.az -a verilən məlumata görə, Fondun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 - 01.05.2024 tarixinə) 60,784 mln. ABŞ dolları olub, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə azalma deməkdir.

Xatırladaq ki, ötən il ARDNF-ın “Şahdəniz”dən əldə etdiyi gəlirləri 1 308 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,4% azdır. Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.01.2024 tarixinə) 324,396 mln. ABŞ dolları olub, bu da isə 1,3% azalma deməkdir.

AzVision.az


Teqlər:





Xəbər lenti