AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29 Baş danışıqçısı Yalçın Rəfiyev tədbirin açılış mərasimində çıxış edərək, tərəf dövlətlərin, o cümlədən Azərbaycanın BTR-ları təqdim etməsinin COP29 sədrliyinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır. Bununla əlaqədar o, ölkəmizin müvafiq dövlət qurumlarını qısa zamanda Azərbaycanın BTR-nın hazırlanmasına töhfə verməyə çağırıb.
İki günlük təlim zamanı UNFCCC katibliyinin nümayəndələri ETF-in əsas elementləri, bu sahədə modallıqlar, prosedurlar və təlimatlar, eləcə də BTR-ların hazırlanması prosesində yeni elektron proqram təminatından istifadə ilə bağlı iştirakçılara məlumat veriblər.
AzVision.az