Rusiya F-16-lar üçün hazırlanan aerodromu vurdu

Rusiya F-16-lar üçün hazırlanan aerodromu vurdu
  08 May 2024    Oxunub:679
Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Lvov vilayətində F-16 təyyarələrinin yerləşdirilməsi üçün nəzərdə tutulan və hazırlıq işləri aparılan aerodroma hücum ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, söhbət Lvov vilayətinin Strıy şəhərində baş verən partlayışlardan gedir.

"Aerodrom istiqamətində hələ də yanğın var. Partlayış səsləri də eyni istiqamətdə eşidilir", - RG.ru yazıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti