Avropa İttifaqı Stiven Siqalı “qara siyahı”ya sala bilər

   Avropa İttifaqı Stiven Siqalı “qara siyahı”ya sala bilər
  08 May 2024    Oxunub:433
Avropa İttifaqı aktyor Stiven Siqala qarşı sanksiyalar tətbiq edə bilər.
Bu barədə “EUobserver” portalı Aİ nümayəndəsinə istinadən məlumat yayıb. Belə ki, onun hərəkətlərində Ukraynaya zərər verə biləcəyinə dair hüquqi əsaslar olarsa, Siqal “qara siyahı”ya düşə bilər. Portal onu da qeyd edib ki, Avropa İttifaqı gələcəkdə müğənni Yaroslav Dronovu da “qara siyahı”ya sala bilər.

Stiven Siqal hazırda Rusiya Federasiyasında yaşayır və onun 2016-cı ildən Rusiya vətəndaşlığı var. Siqal həm də könüllülük əsasında Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Amerika humanitar əlaqələri və ümumi mədəni-tarixi irs üzrə xüsusi nümayəndəsidir.

Mayın 7-də o, Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak edib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti