Ceyhun Bayramov İsrail XİN-in siyasi direktoru ilə görüşüb

Ceyhun Bayramov İsrail XİN-in siyasi direktoru ilə görüşüb
  08 May 2024    Oxunub:720
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrailin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun arasında görüş keçirilib.
Nazirlikdən AzVision.az -a məlumat verilib ki, görüşdə ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar və s. istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə müzakirə aparılıb.

Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə regionda mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.

Görüş çərçivəsində həmçinin beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İsrail nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində həmçinin Azərbaycan ilə İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrdə ölkəmizim nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail nümayəndə heyətinə isə XİN-in siyasi direktoru Aliza Bin Nun rəhbərlik edib.

AzVision.az


Teqlər: XİN   İsrail   görüş  





Xəbər lenti