Çində ağır yol qəzasında 9 nəfər ölüb

Çində ağır yol qəzasında 9 nəfər ölüb
  09 May 2024    Oxunub:525
Çinin şimal-qərbindəki Ninsya-Huey Muxtar Bölgəsində baş verən yol qəzasında 9 nəfər ölüb, daha iki nəfər yaralanıb.
Bu barədə Sinxua agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Qeyd olunub ki, hadisə Pekin vaxtı ilə saat 07:40-da (Bakı vaxtı ilə 03:40) Tsintunsya şəhərindən keçən milli avtomagistralda baş verib. Yük maşını digər minik avtomobili ilə toqquşub.

Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir, faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti