QDİƏTPA Baş Assambleyasının 63-cü plenar iclasında

QDİƏTPA Baş Assambleyasının 63-cü plenar iclasında
  10 May 2024    Oxunub:947
Milli Məclisin Hesablayıcı komissiyasının sədri, QDİƏTPA-da nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Jalə Əhmədova və Kamran Bayramov mayın 12-də QDİƏTPA-nın Baş Assambleyasının 63-cü plenar iclasında iştirak etmək üçün Albaniya Respublikasının Tirana şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, iclasın gündəliyinə uyğun olaraq, qurumun Bürosunun, Daimi komitəsinin, Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq, Sosial və humanitar siyasət komitələrinin iclasları keçiriləcək, həmçinin “Nifrət nitqi ilə mübarizədə mədəniyyətlərarası dialoqun və tolerantlığın təşviqi sahəsində parlamentlərin rolu” və “QDİƏT regionunda innovasiya fəaliyyətlərinin təmin olunması və rifah halının yaxşılaşdırılması məqsədilə insan kapitalının inkişafına sərmayə qoyulması” mövzularında hesabatlar təqdim olunacaq, “Ümumi təhlükəsizlik çağırışlarına cavab olaraq regional iqtisadi əməkdaşlığın gücləndirilməsi” mövzusunda müzakirələr baş tutacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti