ASAN könüllüləri Ümummilli Liderin xatirəsini anıblar - FOTOLAR

ASAN könüllüləri Ümummilli Liderin xatirəsini anıblar -    FOTOLAR
  10 May 2024    Oxunub:842
"ASAN Könüllülərinin Diskussiya Platforması" çərçivəsində Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş görüş keçirilib.
AzVision.az xəbər verir ki, tədbirin ilk hissəsində “Heydər Əliyev - Vətənə, xalqa həsr edilən ömür” adlı film izlənilib.

Sonra “Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına zəmin yaradan islahatları” mövzusunda AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov ilə görüş baş tutub.

Görüş çərçivəsində dahi şəxsiyyətin zəngin irsi, yüksək idarəçilik məharəti, liderlik keyfiyyətləri, elm və təhsilin inkişafına qayğısı, milli-mənəvi dəyərlərə bağlılığı kimi mövzulardan bəhs olunub və könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edilən tədbirlə yanaşı ASAN könüllüləri tərəfindən Ulu Öndərin siyasi kursunun, azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliği, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədilə müxtəlif sərgilər, intellektual oyunlar, xeyriyyə və idman tədbirləri, ekskursiyalar və görüşlər təşkil edilib.

AzVision.az

Qalereya




Teqlər: Ulu-Öndər   ildönümü   ASAN-könüllüləri  





Xəbər lenti