Dövlət Sərhəd Xidmətinin Aparatında davam edən tədbirdə əvvəlcə Ulu Öndərin büstü önünə gül çələngi qoyulub, daha sonra “Heydər Əliyev Elmi Araşdırmalar Mərkəz”ində əbədiyaşar liderin nəsillərə örnək həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiyaya baxış keçirilib.
Tədbirin rəsmi hissəsində dövlətimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi və misilsiz xidmətləri, dövlətçiliyin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi taleyüklü məsələlər, ölkəmizin hərtərəfli inkişafı ilə bağlı gördüyü işlər barədə məlumat verilib.
Bildirilib ki, bu gün Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında uğurla yerinə yetirir, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Vətənin sərhədlərində qürurla xidmət edir.
Azərbaycanın bütün məsuliyyətini çiyinlərində daşıyaraq örnək bir rəhbər kimi xalqımızı tarixin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxaran, müstəqil dövlətimizin bugünkü həqiqətlərinin, aydın sabahının bünövrəsini yaradan Dahi Öndərimizin əziz xatirəsinin hər zaman yaddaşlarda qalacağı xüsusi vurğulanıb.
Sonda Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən “Əbədiyyətin ilk əsri” sənədli filmi nümayiş etdirilib.
AzVision.az