"Azərbaycan dilində təhsil almamışam" - Sabiq nazir

 "Azərbaycan dilində təhsil almamışam" -    Sabiq nazir
  13 May 2024    Oxunub:1543
"Düzgün nitqə yiyələnmək üçün diksiya dərsləri almamışam. Düşündüyüm kimi danışıram. Təkcə Azərbaycan dilində deyil, rus, ingilis dilində də səhv edə bilərəm".
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib. O, Azərbaycan dilində səlis danışa bilməməsinin səbəblərini açıqlayıb.

"Bəli, əlbəttə, müəyyən ömür yaşamışam. İngilis və rus dilində təhsil almışam. Azərbaycan dilində təhsil almadığıma görə nitqim həyətdə, küçədə valideynlərim və qohumlarımla ünsiyyətdə olduğum məişət üslubundadır. Amma belə deyək ki, oturub Azərbaycan dilini xüsusi öyrənmişəm. Cəlil Məmmədquluzadənin hekayə və povestlərini çox sevirəm. O, Azərbaycanın lazimi qədər qiymətləndirilməmiş yazıçısıdır. Ona görə bu halda tənqid etmək istəyirlərsə, nə etmək olar. Öz tərbiyələrinin imkan verdiyi səviyyədə çıxış edərək qiymət verə bilərlər.

Açığını deyim ki, xarici işlər naziri olduğum üçün ingilis dilində danışmağı öyrənməliydim. Ona görə həm ingilis, həm rus dilini mükəmməl səviyyədə bilmək olduqca önəmlidir. Xoşbəxtlikdən, rus dili BMT-nin rəsmi dillərindən biridir. Diplomatiyada, siyasətdə ən vacib məqam öz fikirlərini formalaşdırıb həmsöhbətinə çatdırmaqdır. Bunu Azərbaycan, rus və ingilis dilləri vasitəsilə bacarıram", - sabiq nazir söyləyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: sabiq-nazir   müsahibə  





Xəbər lenti