Samir Nuriyev Belarusun Baş nazirinin müavini ilə görüşüb
Həmçinin bildirilib ki, son illər ərzində iki dövlət arasında əlaqələr bir çox istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirilir.
Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını bildirib. Prezident Administrasiyasının rəhbəri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq görülən işlər nəticəsində artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqlarını və bu prosesin qarşıdakı müddətdə daha da sürətlənəcəyini vurğulayıb.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə də iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilərək, bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Sonda Samir Nuriyev İqor Petrişenkoya “Qarabağ işğaldan əvvəl və sonra” kitabını hədiyyə edib.
AzVision.az
Teqlər: