Norveç rusiyalı turistlərə ölkəyə girişi qadağan edib

   Norveç rusiyalı turistlərə ölkəyə girişi qadağan edib
  23 May 2024    Oxunub:695
Mayın 29-dan Norveç turizm məqsədilə gələn Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edəcək.
Bu barədə Norveç hökumətinin saytında dərc olunmuş bəyanatda deyilir. Yeni qaydalar həm 2022-ci ilin yazında, sərtləşdirilmədən əvvəl viza almış Rusiya vətəndaşlarına, həm də digər Şengen ölkələri tərəfindən viza verilmiş şəxslərə şamil edilir.

Qeyd olunub ki, bəzi hallarda istisnalar ediləcək. Məsələn, Norveçdə yaşayan yaxın qohumlarını ziyarətə gələn (valideynlər, rəsmi qeydiyyatda olan və faktiki həyat yoldaşları və uşaqlar), eləcə də Norveçə və ya digər Şengen ölkələrinə işləmək və ya təhsil almaq məqsədilə səfər edən Rusiya vətəndaşlarına qapılar açıq olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti