Rusiyanın Müdafiə nazirliyində həbslər davam edir

 Rusiyanın Müdafiə nazirliyində  həbslər davam edir
  23 May 2024    Oxunub:973
Rusiya Silahlı Qüvvələrinin Rabitə Baş İdarəsinin rəisi general-leytenant Vadim Şamarin külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, generalın evində axtarış aparılıb. Vadim Şamarin dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb. İşə 235-ci qarnizon hərbi məhkəməsində baxılır.

Rusiyanın Müdafiə nazirliyi yenə süzgəcdən keçirilir - TƏHLİL
Xatırladaq ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin rəis müavini Timur İvanov və Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi Yuri Kuznetsov xüsusilə külli miqdarda rüşvət almaqda ittiham edilərək həbs ediliblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Rusiya   həbslər  





Xəbər lenti