İsveçrə Qədim Mesopotamiyadan olan artefaktları İraqa qaytarır

İsveçrə Qədim Mesopotamiyadan olan artefaktları İraqa qaytarır
  24 May 2024    Oxunub:783
İsveçrə cinayət işi çərçivəsində Cenevrədə müsadirə edilən Qədim Mesopotamiya dövrünə aid üç əsəri İraqa qaytarıb.
Əşyaların Berndə keçirilən rəsmi təhvil verilməsi mərasimində İsveçrə Daxili İşlər Nazirliyinin rəhbəri Elizabet Baume-Şnayder və İraqın baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn iştirak edib.

İsveçrə hökumətinin məlumatına görə, söhbət Nimrud-Kalhu arxeoloji sahəsindən eramızdan əvvəl VIII əsrə aid iki böyük Assuriya relyefindən və qədim Hatra şəhərindən eramızdan əvvəl II-III əsrlərə aid kral büstünün fraqmentindən gedir.

Artefaktlar 1856/57, 1959 və 1976-cı illərdə rəsmi qazıntılar zamanı aşkar edilmiş və indeksləşdirilmişdir. Daha sonra onlar naməlum şəraitdə İraqdan qaçaqmalçılıq yolu ilə çıxarılıblar.

Bu artefaktlar 2023-cü ildə Cenevrə kantonunda aparılan cinayət işi zamanı müsadirə edilib və sonra mənşə ölkəsinə qaytarılması üçün İsveçrə Federal Mədəniyyət İdarəsinə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti