İrəvan-Tbilisi-İrəvan qatarının reysləri ləğv edilib

   İrəvan-Tbilisi-İrəvan qatarının reysləri ləğv edilib
  26 May 2024    Oxunub:812
Ermənistanın şimalında daşqın səbəbindən İrəvan-Tbilisi-İrəvan qatarlarının hərəkəti dayandırılıb. Bu barədə Cənubi Qafqaz Dəmir Yolu məlumat yayıb.
“Əlverişsiz hava şəraiti, avtomobil və dəmir yollarının relsdən çıxması ilə əlaqədar Ayrum-Axtala hissəsində təmir-bərpa işlərinin aparılması üçün Yerevan-Tbilisi-İrəvan istiqamətlərində beynəlxalq qatarların hərəkəti dayandırılıb”,- məlumatda deyilir.

Qatarların hərəkətinin bərpası barədə daha sonra məlumat veriləcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti