Slovakiyada helikopter qəzası: Yaralanan var

   Slovakiyada helikopter qəzası:    Yaralanan var
  26 May 2024    Oxunub:788
Slovakiyada göyərtəsində üç nəfərin olduğu helikopter qəzaya uğrayıb.
Bu barədə "Aktuality" məlumat yayıb. Hadisə mayın 25-də axşam saatlarında Poprad şəhəri yaxınlığında baş verib. Xilasedicilər qəza xəbərini alan kimi həmin yerə yollanıblar.

Məlum olub ki, helikopter dağdakı oteldən təxminən 150 metr kənara düşüb. Təyyarədə olan üç nəfərdən biri kəllə-beyin travması alıb və xəstəxanaya yerləşdirilib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti