İspaniya Ukraynaya rekord məbləğdə hərbi yardım göstərəcək

   İspaniya Ukraynaya rekord məbləğdə hərbi yardım göstərəcək
  27 May 2024    Oxunub:863
İspaniya höküməti Ukrayna Prezidenti Volodimir Zelenskinin Madridə səfəri zamanı Kiyevə növbəti hərbi yardım paketinin verilməsini təsdiqləməyə hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı "El Pais" qəzeti yayıb.

Qəzetin məlumatına görə, yardım rekord məbləğdə olacaq və 1 milyard 129 milyon avro təşkil edəcək.

Yardım paketinə 155 mm-lik artilleriya mərmiləri, “Leopard 2A4” tanklarının yeni partiyası, “MIM-104 Patriot” zenit-raket kompleksi üçün raketlər və inteqrasiya olunmuş açıq müşahidə sistemləri (SIVE) daxildir.

Hərbi yardımın iyunun sonuna qədər Ukraynaya çatacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti