İSV: Rusiya hücum üçün Ukrayna ilə sərhədə qoşun toplayır

   İSV: Rusiya    hücum üçün    Ukrayna ilə sərhədə qoşun toplayır
  27 May 2024    Oxunub:894
Amerikanın Müharibənin Tədqiqatı institutunun (ISW) mütəxəssisləri topladıqları məlumatların təhlili əsasında belə nəticəyə gəliblər ki, ruslar cəbhəni genişləndirmək üçün öz qüvvələrini Xarkov və Sumiı vilayətləri ilə sərhəddə cəmləşdirirlər. Bund məqsəd sərhəd bölgəsində Ukrayna qüvvələrinin möhkəmlənməsinə mane olmaq üçün onların yerləşməsi xəttini uzatmaqdır.
AzVision.az İSV-nin hesabatına istinadən xəbər verir ki, Ukrayna ilə sərhədə yaxın qərbdəki Belqorod vilayətində Rusiya qeyri-müəyyən sayda hərbi qüvvə cəmləşdirir. İnstitutun ekspertləri bu kontingentin Ukrayna qüvvələrinin yerləşmə xəttini uzatmağa və Rusiyanın Ukraynanın şimal-şərqində yaratdığı platsdarmı genişləndirmək məqsədi ilə başlayacağı hücum əməliyyatlarına hazırlaşdığını ehtimal edirlər.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bir Rusiya qoşunlarının yeni hücum əməliyyatlarına hazırlaşdıqlarını və Xarkovdan 90 kilometr şimal-qərbdə, Ukrayna sərhədi yaxınlığında, qeyr-müəyyən sayda qruplar cəmləşdirdiklərini bildirib. Analitiklərin fikrincə, Zelenski qərbi Belqorod vilayətindəki ərazini nəzərdə tutur. Belə ki, peyk görüntüləri bu ərazilərdə məskunlaşan baza və anbarlarda Rusiya qoşunlarının son həftələrdə fəaliyyətinin artığını göstərir.

Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko dsa dünən bildirb ki, Rusiya qoşunları Ukrayna qüvvələrinin şimal-şərqdə sərhəd boyu yerləşmə xəttini daha da uzatmaq məqsədi ilə Sumı vilayətində və ya Xarkov vilayətinin Sumi vilayəti ilə həmsərhəd ərazilərində hücum əməliyyatlarına başlaya bilər.

Bundan əlavə, ekspertlər qeyd edirlər ki, rus qoşunları bir və ya hər iki istiqamətdə hücum əməliyyatları apara bilərlər. Onların burada cəmləşməsi isə Ukrayna qoşunlarını Xarkov və Sumi vilayətlərində sərhədin daha uzun və geniş hissəsinə qüvvə və hərbi texnika köçürməyə məcbur etmək məqsədi güdə bilər.

Rusiya qoşunları həmçinin Ukraynanın Sumı rayonu ilə sərhədə yaxın Kursk və Bryansk vilayətlərində məhdud qüvvələr toplayır. İSV-nin hesabatında rusların sərhəd bölgəsindəki Şimal Qüvvələrini planlaşdırdırılmış səviyyəyə çatdırmağa çalışdıqları, buna qədər isə Sumı-Xarkov xətti boyunca yalnız məhdud hücum əməliyyatlarına başlayacaqları vurğulanır.

Ekspertlərin fikrincə, Rusiyanın bu ərazilərdəki hətta məhdud hücum əməliyyatları Ukraynanın canlı qüvvəsini və texnikasını daha geniş cəbhəyə yayacaq və ola bilsin ki, Rusiya qüvvələrinə Xarkovun şimal-qərbində və ya Sumı şəhərinə doğru gələcək əməliyyatları dəstəkləmək üçün taktiki dayaqlar yaratmağa imkan verəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti