Polşa hərbçilərini Ukraynaya göndərə bilər

  Polşa hərbçilərini Ukraynaya göndərə bilər
  28 May 2024    Oxunub:1233
Polşa öz hərbçilərini Ukrayna ərazisinə göndərəcəyini istisna etmir.
Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski “Gazeta Wyborcza” nəşrinə müsahibəsində bildirib. “Biz heç bir variantı istisna etməməliyik”, - deyə nazir Polşa hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı sualı cavablandırıb.

R. Sikrski hesab edir ki, ölkənin şərq sərhədini gücləndirmək lazımdır, çünki bu edilməsə, Polşa və digər Avropa ölkələrində seçkilərdə ifrat sağçılar qalib gələ bilər. Onun fikrincə, bu, Aİ-ni “dağıdacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti