Hindistanda qatarlar toqquşub, azı 5 nəfər həlak olub

Hindistanda qatarlar toqquşub,    azı 5 nəfər həlak olub
  17 İyun 2024    Oxunub:1074
Hindistanın Qərbi Benqal əyalətində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 5 nəfər ölüb.
AzVision.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə yerli polisin sözçüsü Abhişek Roy bildirib.

“Hadisə nəticəsində 5 sərnişin həlak olub, 20-25 nəfər yaralanıb”, - deyə o qeyd edib.

Məlumata görə, yük qatarı Ranqapani stansiyası yaxınlığında ekspress qatara çırpılıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.

Hadisənin başvermə səbəbləri araşdırılır.
AzVision.az



Teqlər:





Xəbər lenti