Baydenin köməkçisi İsrailə gedir

   Baydenin köməkçisi İsrailə gedir
  17 İyun 2024    Oxunub:911
ABŞ Prezidentinin enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Emos Hokşteynin İsrailə səfəri gözlənilir.
AzVision.az xəbər verir ki, o, səfər çərçivəsində bu ölkənin prezidenti İsaak Hersoq, Baş nazir Benyamin Netanyahu, müxalifət lideri Yair Lapid və ordu generalı Beni Qantsla görüşlər keçirəcək.

ABŞ nümayəndəsinin səfərində məqsəd İsrail və iranyönümlü "Hizbullah" terror təşkilatı arasında artan gərginliyin qarşısını almaqdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İsrail  





Xəbər lenti