Həccdə 11 iranlı zəvvar öldü

Həccdə 11 iranlı zəvvar öldü
  18 İyun 2024    Oxunub:824
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı azı 11 iranlı zəvvar ölüb, daha 26 nəfər xəstəxanaya yerləşdirilib.
Bu rəqəmləri İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd açıqlayıb. Onun sözlərinə görə, Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən 87 min iranlıdan 11 mininin tibbi yardıma ehtiyacı var.

Qeyd edək ki, iyunun 16-da İordaniyadan olan 14 zəvvar Səudiyyə Ərəbistanında ölüb, daha 17 zəvvar isə itkin düşüb. Ölümlər çox vaxt istidən və ya sıxlıqdan qaynaqlanır. Hazırda Məkkədə 1,8 milyondan çox zəvvar var.

AzVision.az


Teqlər:





Xəbər lenti