Ayın sonunadək Rusiyaya qarşı 14-cü sanksiya paketi hazır olacaq

Ayın sonunadək Rusiyaya qarşı 14-cü sanksiya paketi hazır olacaq
  18 İyun 2024    Oxunub:798
Qərb ölkələri iyunun 27-də keçiriləcək Avropa İttifaqı sammitinin başlanmasına qədər Rusiyaya qarşı yeni, 14-cü sanksiyalar paketini razılaşdırmaq niyyətindədir.
Bu barədə EUobserver portalı məlumat yayıb. Belə ki, Avropa dövlətləri iyulun 1-dən Macarıstan Aİ-yə sədrlik edənə qədər məhdudiyyətlərlə bağlı razılığa gəlmək istəyirlər.

Sanksiyalara Rusiya qazının nəqlinə məhdudiyyətlər də daxil ola bilər. Digər tərəfdən Avropanın sanksiyalarına məruz qalacaq şəxslərin siyahısının genişlənəcəyi gözlənilir.

Bundan əlavə, Rusiya Federasiyasında bizneslə məşğul olan Avropanın törəmə şirkətlərinin fəaliyyətinə daha sərt məhdudiyyətlər tətbiq ediləcək. Lakin sənayesi Rusiyaya aktiv şəkildə sərmayə qoymağa davam edən Almaniya bu məqamı dəstəkləmir.

AzVision.az


Teqlər:





Xəbər lenti