Putin Ina niyə ikinci dəfə "Aurus" hədiyyə edib?

Putin Ina niyə ikinci dəfə "Aurus" hədiyyə edib?
  21 İyun 2024    Oxunub:974
Rusiya prezidenti Vladimir Putinin Pxenyana səfəri zamanı Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen Ina ikinci dəfə "Aurus" avtomobili hədiyyə etməsi gündəmdən düşmür.
Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin bununla bağlı sualını belə cavablandırıb: "Ona görə ikinci "Aurus" hədiyyə verildi ki, o kifayət qədər praktik və yaxşı hədiyyə sayılır. Bundan əlavə, bu dəfə hədiyyə edilən avtomobil əvvəlkindən fərqlidir".

O həmçinin vurğulayıb ki, bu cür hədiyyələr praktiki əhəmiyyət kəsb edir: "Onun dövlət başçısının istifadəsi üçün zəruri olduğu göz qabağındadır. Dövlətlərarası münasibətlər, xüsusən də bilavasitə qonşumuz olan bir ölkə üçün bu, bahalı hədiyyə sayılmır".

Xatırladaq ki, KXDR lideri də Rusiya rəhbərinə Koreyaın "punqsan" cinsindən olan iki it vermişdi. Bu cinsdən olan itlər öz sahibinə sadiqliyi, düşmənə qarşı isə amansızlığı ilə seçilirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  





Xəbər lenti