Berbok Yaxın Şərqə gəlir

Berbok Yaxın Şərqə gəlir
  21 İyun 2024    Oxunub:925
Almaniya xarici işlər naziri Annalena Berbok Yaxın Şərqə səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Berbok Avropa Birliyi xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşündən sonra 24 iyunda İsrailə gedəcək. O, Qüdsdə israilli həmkarı İsrail Katzla görüşəcək.

Bundan əlavə, Berbok 25 iyunda da Fələstin Baş naziri Məhəmməd Mustafa ilə danışıqlar aparacaq. Berbokun Yaxın Şərq turnesi Livanda başa çatacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti