Qallant ABŞ-yə gedib

   Qallant ABŞ-yə gedib
  24 İyun 2024    Oxunub:550
İsrailin müdafiə naziri Yoav Qallant ABŞ-yə səfərə yollanıb.
AzVision.az xəbər verir ki, bu barədə nazir özü "X"də məlumat yayıb.

O, səfər çərçivəsində senator Lindsi Qremlə, habelə Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndələri ilə görüşlər keçirib.

Danışıqlar zamanı İsrail-ABŞ əlaqələrinin inkişafının, habelə ABŞ-nin HƏMAS və "Hizbullah"la mübarizədə İsrailə dəstəyinin vacibliyi diqqətə çatdırılıb.

İsrailli nazirin həmçinin amerikalı həmkarı Lloyd Ostin və Dövlət katibi Antoni Blinkenlə də görüşləri nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   ABŞ   nazir   səfər  





Xəbər lenti