Yunanıstanın XİN rəhbəri: "Kiprə qarşı hədə-qorxu yolverilməzdir"

      Yunanıstanın XİN rəhbəri:    "Kiprə qarşı hədə-qorxu yolverilməzdir"
  24 İyun 2024    Oxunub:555
"Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının Kipri İsrailə dəstəyinə görə hücumla hədələməsi yolverilməzdir".
AzVision.az xəbər verir ki, bu sözləri Yunanıstanın xarici işlər naziri Giorqos Gerapetritis XİN rəhbərlərinin aylıq görüşündə iştirak məqsədilə Brüsselə səfəri çərçivəsində mətbuata açıqlamasında dilə gətirib.

"Avropa İttifaqının suveren dövlətinə qarşı bu cür hədələr cavabsız qalmamalıdır. Kiprin yanındayıq. Terror təşkilatlarından gələn istənilən təhlükəyə qarşı birliyimizi qoruyacağıq", - nazir vurğulayıb.

Xatırladaq ki, "Hizbullah" lideri Həsən Nəsrullah ötən həftə Kipr hökumətinə hava limanlarını və bazalarını İsrailə açmamaq barədə xəbərdarlıq göndərib. Kipr isə, öz növbəsində, bu məsələdə bitərəfliyini açıqlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Kipr   Yunanıstan   İsrail  





Xəbər lenti