Səudiyyə Ərəbistanı və Çin hərbi əməkdaşlığ genişləndirir

   Səudiyyə Ərəbistanı və Çin hərbi əməkdaşlığ genişləndirir
  25 İyun 2024    Oxunub:672
Pekində Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Əl Səud və Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının sədr müavini Çjan Yusya arasında görüş keçirilib.
Tərəflər hərbi və müdafiə sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərini genişləndirmək yollarını müzakirə ediblər. Xalid bin Salman Əl Səud və Çjan Yusya iki ölkə arasında strateji əlaqələrin əhəmiyyətini vurğulayıblar.

2022-ci ildə Çinin xarici işlər naziri Van İ Pekinin Ər-Riyadla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl Səud isə qeyd edib ki, Qərb ölkələrinin narahatlığına baxmayaraq, Ər-Riyad Pekin ilə əməkdaşlığı inkişaf etdirməyə çalışır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti