Ermənistan ordusun əsgəri müəmmalı səbəbdən ölüb

Ermənistan ordusun əsgəri müəmmalı səbəbdən ölüb
  25 İyun 2024    Oxunub:633
Ermənistanın İstintaq Komitəsi orduda ölüm hadisəsinin baş verməsi barədə məlumat yayıb.
Qeyd edilir ki, çağırışçı David Vaqanoviç Nersisyanın hələlik bilinməyən səbəbdən vəfat edib.

"Hadisə səhər saat 09:40 radələrində Sisiandakı hərbi hissələrdən birində baş verib. Sırada dayanan əsgərin vəziyyəti kəskin pisləşib və o huşunu itirib. Əsgər təcili xəstəxanaya yerləşdirilsə də, səhər saat 10:00-da onun ölümü qeydə alınıb", - məlumatda qeyd edilib.

Əsgərin ölümü ilə bağlı cinayət işi açılıb. Komitənin məlumatında xarici müayinə zamanı əsgərin bədənində zorakılıq izləri aşkar edilmədiyi bildirilir: "Ölümün səbəbini müəyyən etmək üçün bir sıra ekspertizalar təyin edilib. Müstəntiqlər bir qrup hərbçini dindiriblər və Nersisyanın bütün tibbi sənədləri hərbi hospitaldan alınıb".
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti