Ərdoğan Putinlə telefonla danışıb

   Ərdoğan Putinlə telefonla danışıb
  25 İyun 2024    Oxunub:494
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
AzVision.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, telefon danışığı zamanı Rusiyanın Dağıstan vilayətində törədilən terror aktları müzakirə edilib.

Ərdoğan Türkiyənin hər cür terrora qarşı olduğunu və hücumları nifrətlə pislədiyini bildirib, həyatını itirənlərə görə Rusiya xalqına başsağlığı verib, yaralananlara isə tezliklə şəfa diləyib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti