"Rusiyadan effektli müttəfiqimiz olmayıb və ola da bilməz" - Şarmazanov

"Rusiyadan effektli müttəfiqimiz olmayıb və ola da bilməz"    - Şarmazanov
  25 İyun 2024    Oxunub:827
"Ermənistan hakimiyyətinin diplomatiyada zərrə qədər də olsun siyasi hesablamaları yoxdur. Əgər olsaydı, Buçaya kimisə göndərməzdən əvvəl bunun özləri üçün hansı nəticələrə gətirib çıxaracağını nəzərə alardılar".
AzVision.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

O qeyd edib ki, Avropa İttifaqı ilə saysız tellərlə bağlı olan qonşu Gürcüstan belə Qərbin Rusiyaya qarşı avantürası ilə razılaşmayıb.
Siyasətçi Ukraynada 2022-ci ilin fevralında başlayan müharibəni Qərblə Rusiya arasında qarşıdurmanın aktiv mərhələsi adlandırıb. Onun fikrincə, Qərb eyni zamanda Rusiya sərhədinin bütün perimetri boyunca gərginlik nöqtələri yaratmağa çalışıb. Şarmazanov qeyd edib ki, Gürcüstan hakimiyyətinin Avropa İttifaqı(Aİ) ilə yaxınlaşma siyasətinə və birliyə inteqrasiya istiqamətində atdığı addımlara baxmayaraq, Qərb bu ölkəni ikinci Ukraynaya çevirə bilmədi. Sabiq parlamentari bunun səbəbini dövlətçiliyə bağlı rəhbərliyin hakimiyyətdə olması ilə izah edib.

"Gürcüstan hakimiyyəti bildirib ki, yolları Aİ-yə doğrudur. Lakin onlar Qərbin əlində Rusiyaya qarşı alətə çevrilməyəcəklərini də bəyan edirlər", - o, Sputnik Ermənistan-da keçirdiyi mətbuat konfransında deyib.

Şarmazanovun fikrincə, Gürcülərin bu qərarına 2008-ci ilin acı təcrübəsi və avqust hadisələrinin nəticələri təsir edib. O, İrəvanın təmsilçisinin Buça şəhərinə (Ukrayna mübarizəsinin bir növ simvoluna çevrilib – red) baş çəkməsini pisləyərkən deyib: "Bundan sonra Ermənistan rəhbərliyi hər kəsə Rusiya əleyhinə hansı addımlar atmaları barədə sual verir? Şəxsən mən Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin tərəfdarıyam”.
Siyasətçi həmçinin qeyd edib ki, Ermənistanın Rusiyadan effektiv müttəfiqi olmayıb və ola da bilməz.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti