Poroşenko Ukraynanın ən arzuolunmaz siyasətçisi seçildi

Poroşenko Ukraynanın ən arzuolunmaz siyasətçisi seçildi
  25 İyun 2024    Oxunub:690
Ukraynanın beşinci prezident və xalq deputatı Pyotr Poroşenko ən yüksək antireytinqə malik siyasətçilər siyahısına başçılıq edib.
AzVision.az xəbər verir ki, bu barədə “Active Group" araşdırma aparıb. Təşkilatın “Ukraynalıların əhval-ruhiyyəsi və siyasi liderlərə münasibəti” mövzusunda apardığı sosioloji araşdırmadan belə qənaətə gəlinib ki, Poroşenkoya ukraynalıların 75%-dən çoxu etibar etmir.
Təxminən 64% əmindir ki, onun fəaliyyətİ Ukraynanın Rusiya ilə müharibə şəraitinə zərər vurur.
Respondentlərin yalnız 5,3%-i ona tam etibar edir. Bundan əlavə, respondentlərin 71%-i "Avropa Həmrəyliyi" liderinin beynəlxalq fəaliyyətinin dövlət üçün zərərli olduğunu düşünür.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti