Rusiyada sərnişin qatarı qəzaya uğradı

Rusiyada sərnişin qatarı qəzaya uğradı
  26 İyun 2024    Oxunub:740
Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk xətti ilə hərəkət edən sərnişin qatarı qəzaya uğrayıb
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yollarından məlumat verilib.

Məlumata görə, qatarın 9 vaqonu relsdən çıxıb.

Bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib və sərnişinlərə yardım üçün tədbirlər görülür.

“Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Bu istiqamətdə bütün qatarların hərəkəti dayandırılıb”, - məlumatda qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti