Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb
  27 İyun 2024    Oxunub:860
May ayında Böyük Britaniyada avtomobil istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 11,9 faiz azalaraq 69 min 652 ədəd təşkil edib
AzVision.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Avtomobil İstehsalçıları Cəmiyyəti məlumat yayıb.

Məlumata görə, ölkədə daxili bazar üçün 17,75 min (9,7 faiz artım), xarici bazar üçün isə 51,9 min (17,4 faiz azalma) avtomobil istehsal olunub. Beləliklə, Britaniya istehsalı olan avtomobillərin təxminən 75 faizi ixrac edilib. Tədarükün təxminən 53 faizinin həyata keçirildiyi Avropa İttifaqı Birləşmiş Krallıq üçün əsas avtomobil ixracı istiqaməti olaraq qalıb. Bu göstəriciyə görə növbəti yerləri ABŞ (18 faiz) və Türkiyə (8 faiz) tutub.

Eyni zamanda, ötən ay ölkədə 26 min 475 ədəd elektrokar və hibrid mühərrikli avtomobil istehsal edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti