Kral III Çarlzın bacısı xəstəxanadan çıxarılıb

Kral III Çarlzın bacısı xəstəxanadan çıxarılıb
  28 İyun 2024    Oxunub:716
Böyük Britaniya kralı III Çarlzın bacısı şahzadə Anna xəstaxanadan evə buraxılıb.
AzVision.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib.

Böyük Britaniya kralı III Çarlz vəfat edib?
Qeyd edək ki, şahzadə Anna beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, Qlosterşirdəki malikanəsinin ətrafında gəzərkən başından xəsarət alıb.

Mətbuatda yayılan xəbərlərə görə isə, Annanı gəzinti zamanı at vurub. Şahzadə özü də beyin sarsıntısı nəticəsində yaddaşını itirib və hadisənin təfərrüatlarını deyə bilməyib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   IIIÇarlz   şahzadəAnna  





Xəbər lenti