Ceyms O’Brayn : Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

   Ceyms O’Brayn   :    Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik
  28 İyun 2024    Oxunub:1010
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iyunun 28-də jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, dövlət katibi Antoni Blinken sammit çərçivəsində NATO tərəfdaşları üçün tədbir təşkil edəcək: “Buraya Azərbaycan və Ermənistan da daxildir. Mən hər iki ölkənin tədbirdə xarici işlər nazirləri səviyyəsində iştirak edəcəyini gözləyirəm. Onlarla birlikdə ümumilikdə 30 tərəfdaş ölkə bu tədbirə qatılacaq”.

Qeyd edək ki, NATO sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti