Rus hərbi gəmiləri Bakı limanını tərk etdilər

Rus hərbi gəmiləri Bakı limanını tərk etdilər
  30 İyun 2024    Oxunub:1165
Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri iyunun 30-da Bakı limanını tərk ediblər.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib. Eyni zamanda Azərbaycan və Rusiya hərbi dənizçiləri arasında futbol və voleybol üzrə yoldaşlıq görüşləri keçirilib. Hərbi dənizçilərimizin qələbəsi ilə başa çatan hər iki görüşün sonunda komandalara kubok və medallar təqdim edilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti