“Yaşasın Azərbaycan!” şüarına görə azərbaycanlı gənclərə Rusiyada bəraət verildi
“Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin müstəntiqi tərcüməçi ilə birlikdə yuxarıda göstərilən hərəkətləri əks etdirən videoyazıları öyrənib. Gənclərin sözlərində ekstremist xarakterli çağırışlar olmayıb. Onlar qanuna zidd hərəkətlərə yol vermədiyinə görə istintaq müvafiq prosessual qərar çıxaracaq”, - məlumatda deyilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya hökuməti yanında Moskva Maliyyə-Hüquq Universitetində (MMHU) “Mənim Vətənim: böyük və kiçik” adlı tələbə festivalı keçirilib. Tədbir çərçivəsində MMHU-nun Azərbaycan klubuna dəstək məqsədilə ona digər universitetlərin tələbələri - Azərbaycan diasporunun nümayəndələri də qoşulub.
Festivaldan sonra azərbaycanlı gənclər ana dilində “Yaşasın Azərbaycan!” şüarını səsləndirməyə başlayıblar. Daha sonra internetdə təhrif olunmuş səslə azərbaycanlı tələbələrin guya qanunsuz ekstremist şüarlar səsləndirdiyi barədə video yayımlanmağa başlayıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Rusiya azərbaycanlılar bəraət