31 il əvvəl törədilən cinayətinin üstü açılıb

  31 il əvvəl törədilən cinayətinin üstü açılıb
  25 Noyabr 2024    Oxunub:299
Ötən illərdən bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması istiqamətində prokurorluq və daxili işlər orqanlarının səmərəli fəaliyyəti davam etdirilir.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.

Bakı şəhərinin Nizami rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 31 il əvvəl, 1993-cü il fevralın 14-də sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1956-cı il təvəllüdlü Babayev Əli-İskəndər Hacıbala oğlunun idarə etdiyi avtomobilin içində odlu silahdan açılmış atəşlə qəsdən öldürülməsi cinayətinin üstünün açılması təmin olunub.

Toplanmış sübutlarla 1973-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Qililov Aydın Şauloviçin həmin gün saat 22 radələrində əvvəllər tanıdığı Əli-İskəndər Babayevlə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 84 nömrəli binanın qarşısında görüşüb, sonuncuya məxsus “Qaz-24” markalı avtomaşının salonunda söhbət edərkən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qanunsuz olaraq əldə edib üstündə gəzdirdiyi odlu silah olan “Naqan” tipli tapançadan 2 dəfə atəş açaraq Əli-İskəndər Babayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Aydın Qililov 22 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Ötən illərdə qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalan şəxsiyyət əleyhinə cinayətlərin açılması, törədilmiş cinayətə görə cinayət məsuliyyətinin və cəzanın labüdlüyü prinsipinin təmin olunması istiqamətində prokurorluq və digər hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir.


AzVision.az





Teqlər:





Xəbər lenti