Tramp ordudakı 15 min transseksualı işdən çıxaracaq

   Tramp ordudakı 15 min    transseksualı    işdən çıxaracaq
  25 Noyabr 2024    Oxunub:309
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bütün transseksual hərbçilərin ölkənin silahlı qüvvələrindən çıxarılmasını tələb edən fərman verməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, mənbələr istinad edən “The Times” qəzetinin yaydığı məlumata görə, hazırda hərbi xidmətdə olan qulluqçuların sıralarında 15 minə yaxın transseksual var və onların tibbi səbəblərə görə xidmətə yararsız kimi tərxis olunması planlaşdırılır.

Mənbənin sözlərinə görə, yeni fərman 2018-ci ilin martında Trampın birinci dövründə qəbul edilmiş əvvəlki fərmandan daha sərt olacaq. Həmin qərarı indiki prezident Co Bayden 2021-ci ilin yanvarında ləğv edib.

O zaman Donald Tramp transseksualların hərbi xidmətə getməsini qadağan etsə də, artıq xidmətdə olnaların hərbi fəaliyyətlərini davam etdirməsinə icazə vermişdi. Yeni fərman isə, hətta silahlı qüvvələrdə karyera qurmağı bacaranların da işdən çıxarılmasını təklif edir.

“Bu insanlar orduda döyüşçü çatışmazlığı olan bir vaxtda öz mövqelərini tərk etmək məcburiyyətində qalacaqlar. Yalnız Dəniz Korpusu işə qəbul standartlarına cavab verir və bu qərarın toxunacağı hərbçilərin bəziləri çox yüksək vəzifələrdədir”, - qəetin mənbəyi diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   ordu   transseksuallar  





Xəbər lenti