Rumıniyanın prezidenti seçilə biləcək şəxs Putinin pərəstişkarıdır

   Rumıniyanın prezidenti seçilə biləcək şəxs    Putinin pərəstişkarıdır
  25 Noyabr 2024    Oxunub:308
Rumıniyada keçirilən prezident seçkilərində liderlik edən ifrat sağçı siyasətçi Kelin Corcesku Rusiya ilə heç bir əlaqəsinin olmadığın, lakin rus mədəniyyətinə meylli olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Kelin Corcesku Moskva ilə yaxşı münasibətlərinin Ruıniyaya xeyir gətirəcəyini elan edib. Çünki, dünyanın bütün böyük gücləri ilə – Çin, ABŞ, Rusiya ilə anlaşma yaratmaq lazımdır. Əvvəllər isə Rumıniya prezidentliyinə namizəd NATO və Aİ-yə üzvlüyün Buxarestə lazımi müdafiəni vermədiyini vurğulayıb.

“Rumıniya buna (regiondakı hərbi münaqişələrin ciddi nəticələrinə) göz yuma bilməz, çünki o, heç nəyə hazır deyil. Rumıniyanın şansı rus müdrikliyidir. Ukraynadakı hadisələr Rusiyanın öz vətəndaşlarını müdafiə etməsinin nümunəsidir. Rusiya öz vətəndaşlarını necə qoruyacağını bilir - və yəqin ki, Krım nümunəsi Donbass regionu üçün sözün əsl mənasında qəbul olunacaq. Rusiya son dərəcə yaxşı hazırlaşıb, mən hesab etmirəm ki, o, münaqişəni qızışdırmaq tələsinə düşməyəcək, amma eyni zamanda vəziyyət gərginləşərsə, özünü ruhdan salmayacaq. Ruslar dünyanın ən yaxşı şahmatçılarıdır və belə də qalacaqlar, onlar nə vaxt tələ qurulduğunu bilirlər”, - Corcesku bildirib.

Hələ seçki kampaniyası başlamazdan əvvəl Rusiya prezidenti Vladimir Putin haqqında müsbət fikirlər söyləyən Corcesku yaxşı danışaraq onu “liderlər arasında lider” adlandırmışdı.

- Vladimir Putin öz ölkəsini sevən bir insandır, mənim nöqteyi-nəzərimə görə, o, diplomatik aspektləri çox yaxşı bilən, onları mənimsəyən və çox yaxşı mütəxəssislərin əhatəsində olan bir insandır”, - Rumıniyanın potensial prezidenti deyib.

O, prezident seçkilərində qalib gəlsə, Ukraynaya kömək etməyə deyil, Rumıniyanın özünün problemlərinə diqqət yetirəcəyini söyləyib.

"Mən Ukrayna deyil, Rumıniya prezidenti vəzifəsinə namizədliyimi verirəm. Ukraynadakı müharibədən də ciddi problemlərimiz var: Rumınların 20%-i yoxsulluq içində yaşayır! Bizdə minlərlə narkoman var. Bunlar real problemlərdir və mən onlarla məşğul olacağam”, - Kelin Corcesku öz siyasi kursunu hansı notlara kökləyəcəyini hamının diqqətinə çatdırıb.

Əvvəllər Kelin Corcesku Rumıniya və Moldovanın birləşməsini müdafiə edən Corce Simionun lideri olduğu ifrat sağçı “Rumınların Birliyi Alyansı”nın (AUR) üzvü olub.

- Bugünkü səsvermə millət üçün bir duadır. Mən inciyənlərə, alçaldılanlara, bu dünyada özünü əhəmiyyətsiz hesab edənlərə səs verdim... önəmli olanlar onlardır!”, - dünən səvermədə iştirak etdikdən sonra Corcesku “Facebook” sosial şəbəkəsində yazıb.

Ölkənin Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, ifrat sağçı siyasətçi Kelin Corcesku bülletenlərin 99,94%-nin hesablanmasından sonra Rumıniyada prezident seçkilərinin birinci turunda 22,83 faizlə liderlik edir.

İkinci yerdə 19,27 % səs toplayan Rumıniyanın baş naziri, sosila-demokrat Marçelp Çolaku qərarlaşıb. Halbuki, exit-pollar məhz onun qalib gələcəyini iddia edirdi. “Rumıniyanın Qurtuluşu İttifaqı” liberal partiyasından Yelena Laskoni (19,06%) üçüncü olub. İlk dördlüyü 13,89% səslə ifrat sağçı namizəd Corce Simion tamamlayıb.

Prezident seçkilərinin dekabrın 8-nə təyin olunmuş ikinci turunda ilk iki yeri tutmuş Kelin Corcesku və Marçelp Çolaku güclərini sınayacaqlar.

Rumıniyada həm də Silahlı Qüvvələrin Ali Baş Komandanı olan prezident xarici və təhlükəsizlik siyasətini müəyyənləşdirir, habelə kəşfiyyat orqanlarının işinə nəzarət edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Corcesku   Putin   pərəstiş  





Xəbər lenti