Dünyada qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə çatıb

Dünyada qəhvə qiymətləri son 13 ilin ən yüksək səviyyəsinə çatıb
  23 Noyabr 2024    Oxunub:268
Arabica qəhvəsinin qiyməti 2011-ci ilin aprelindən bəri ən yüksək həddə çataraq, bir funt üçün 3 dollara qədər yüksəlib.
AzVision.az xəbər verir ki, bunu Nyu York Fond Birjasındakı ticarət məlumatları sübut edir.

Trading Economics yazır ki, dünyanın aparıcı qəhvə istehsalçısı Braziliyanın məhsulu quraqlıq səbəbindən bir qədər potensialını itirib, məlumatlar bu mövsüm Arabica istehsalının azalmasına işarə edir.

Mütəxəssislər Braziliyada yağan son yağışlara baxmayaraq, torpağın rütubətinin kifayət qədər qalmadığını bildirib.

Bu, meyvələrin inkişafına mane olur və gələn ilin məhsulunu təhlükə altına salır.

AzVision.az




Teqlər:





Xəbər lenti