Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “İzvestiya” qəzetinə müsahibəsində deyib. Kopırkin vurğulayıb ki, Rusiya ikitərəfli münasibətlərin normallaşmasına hər zaman hazırdır.
"Moskva 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi üçtərəfli sazişlər toplusuna ciddi əməl etməklə, ikitərəfli münasibətlərin nizamlanmasında erməni və azərbaycanlı tərəfdaşlarına kömək etməyə hər zaman hazırdır. Bu yardımın formaları və həcmləri tərəflər tərəfindən müəyyən edilir", - o, qeyd edib.
Səfir onu da əlavə edib ki, oktyabrın 24-də BRİKS-in Kazan sammiti zamanı iki ölkə rəhbəri arasında baş tutan məhsuldar təmaslar münasibətlərin normallaşdırılması üzrə dialoqa müsbət təkan verib.
Tural Tağıyev
AzVision.az