Ermənistan hava limanında bomba həyəcanı

   Ermənistan hava limanında  bomba həyəcanı
  02 İyul 2024    Oxunub:634
Ermənistanda "Şirak" hava limanına bomba qoyulması barədə polisə məlumat daxil olub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

Onun sözlərinə görə, polislər hadisə yerindədir. Hava limanının ərazisi mühasirəyə alınıb.

Bundan əlavə, aeroport əməkdaşları təxliyə edilib.


Həmidə İbrahimova
AzVision.az




Teqlər: Ermənistan   bomba   havalimanı  





Xəbər lenti