Çinli hərbçilər təyyarəyə dörd ballistik raket quraşdırdılar

 Çinli hərbçilər təyyarəyə    dörd ballistik raket quraşdırdılar
  02 İyul 2024    Oxunub:969
Çin ordusunun rəsmiləri H-6K bombardmançı təyyarənin havadan buraxılan ballistik raketlərdən istifadə imkanlarını əks etdirən foto yayıblar.
Fotodan aşkar görünür ki, təyyarə artıq əvvəllər nümayiş etdirildiyindən iki dəfə çox- dörd raket daşımağa qadirdir.

Ruslar "İsgəndər" raketi ilə 5 qırıcı vurdular - VİDEO
"Global Times" nəşri yayılan görüntülərdə H-6K-nın bir qanadının altına iki ballistik raketin yerləşdirilməsini qeyri-adi ideya adlandırıb.

Ekspertlər belə hesab edirlər ki, bu yeni metod dörd nəhəng raketin iki qanad altında daşınmasının mümkünlüyünü sübut edir.

"Fotoda görünən raketlər böyük ehtimalla havadan buraxılan YJ-21 ballistik raketləridir. Bu sursat rəsmi şəkildə "Airshow China 2022" aviaşousunda təqdim olunmuşdu. Həmin vaxt H-6K bombardmançısı hər qanadının altında bir raket nümayiş etdirmişdi", - nəşr yazıb.

Çinli hərbi ekspert isə qeyd edib ki, H-6K dörd YJ-21-i daşımaq üçün kifayət qədər gücə, qanad imkanlarına malikdir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   Təyyarə   Raket  





Xəbər lenti