"Hizbullah"ın zərbəsi nəticəsində İsraildə ticarət mərkəzi yanıb - VİDEO

   "Hizbullah"ın zərbəsi nəticəsində İsraildə ticarət mərkəzi yanıb -  VİDEO
  04 İyul 2024    Oxunub:719
Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatının yüksəkrütbəli komandirinin dünən İsrail tərəfindən PUA ilə öldürülməsinin ardınca təşkilat cavab əməliyyatı keçirib.
AzVision.az xəbər verir ki, təşkilat İsrailin şimal şəhərlərinə doğru indiyədək 200-dən artıq raket və pilotsuz uçuş aparatı (PUA) buraxıb.
"Hizbullah" komandiri öldürülüb - VİDEO - YENİLƏNİB

Zərbələr əsasən açıq ərazilərə tuşlansa da, raketlərdən birinin qəlpələri Əkka şəhərində yerləşən ticarət mərkəzinə düşüb. Mərkəzin damında yanğın başlayıb.


Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   hücum  





Xəbər lenti