Si Cinpin: "Ukrayna münaqişəsində alova yağ tökülməməlidir"

   Si Cinpin:    "Ukrayna münaqişəsində alova yağ tökülməməlidir"
  08 İyul 2024    Oxunub:966
Ukraynada münaqişəyə son qoymaq üçün problemin siyasi həll yolunun tapılması tərəflərin maraqlarına uyğundur.
AzVision.az xəbər verir ki, bunu Çin rəhbəri Si Cinpin Pekində Macarıstanın baş naziri Viktor Orbanla görüşündə bildirib.

"Çin daim və özünəməxsus şəkildə sülh danışıqlarının aparılmasını fəal şəkildə təşviq edib. Biz böhranın sülh yolu ilə həllinə kömək etmək üçün bütün səyləri təşviq etmişik və dəstəkləmişik", - o qeyd edib.

Si Cinpin onu da əlavə edib ki, təcili atəşkəs və ya hərbi əməliyyatların dayandırılması, habelə siyasi həllərin axtarılması təkcə Kiyevlə Moskvanın deyil, bütün tərəflərin maraqlarına uyğundur.

"Əhəmiyyətli məqamlardan biri də tərəflərdən birinin alovun üzərinə yağ tökməməsinin təmin edilməsidir", - o, qeyd edib.

Onun sözlərinə görə, yalnız aparıcı ölkələr mənfi deyil, müsbət reaksiyalar nümayiş etdirərsə, münaqişədə tezliklə atəşkəsin əldə olunmasına ümid yaranar.
Tural Tağıyev
AzVision.az



Teqlər: Çin  





Xəbər lenti